İki məşqçi "Kəpəz"i çalışdırmaqdan imtina etdi – Yenə 2 səbəbdən…

15 May 2022 23:00 Şamaxı 1 923
İki məşqçi "Kəpəz"i çalışdırmaqdan imtina etdi – Yenə 2 səbəbdən…

Növbəti mövsümdə «Kəpəz»i kimin çalışdıracağı hələ bəlli deyil.

Üç ildir I Divizionda Gəncə klubunun sükanı arxasında dayanan Yaşarp Vahabazdə, böyük ehtimalla, Premyer Liqa üzü görməyəcək.

Rəhbərlik komandanı tapşırmağa məşqçi axtarır və bildiyimizə görə, danışıqlar aparılan namizədlərin heç biri ilə hələ anlaşma əldə olunmayıb.

O da bizə məlumdur ki, artıq 2 mütəxəssis «Kəpəz»in sükanı arxasına keçməkdən imtina edib. Onları belə qərar verməyə inandıran iki əsas səbəb var.

Birincisi, Gəncə publikası tərəfindən necə qarşılanacaqlarını, yəni, dəstək alıb-almayacaqlarının sual altında olmasıdır.

İkincisi, klub rəsmilərinin transfer məsələlərində sərbəst seçim etməyə şərait yaratmaması.

Təsadüfi deyil ki, baş məşqçi təyinatını gözləməyən idarəçilər ötən həftədən bəri 10-dan artıq futbolçuya dəvət göndərib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!