Başqaları səndən qorxsun, sən niyə qorxursan axı?

21 Noyabr 2021 09:40 Şamaxı 807
Başqaları səndən qorxsun, sən niyə qorxursan axı?

«Keşlə» öz oxu ətrafında ırlanmaqda davam edir.

Mövsümün qeyri-sabit keçən bölümü göstərdi ki: Sənan Qurbanovun taktiki sxemlər arasında var-gəl etməsi, tez-tez tərəddüd etməsini, bəzən çarəsiz halda texniki zonada vurnuxmasını.

Turnir cədvəlinin dibinə «dəmir atmaq» «Keşlə»nin gerçək gücü ilə uzlaşmır. Doğrudur, əksər legionerlərindən, eləcə də, bəzi yerlilərdən narazıdır, bununla belə, mən o qədər də pessimist deyiləm.

Komandanın qış fasiləsində gücləndirilməsi qaçılmazdır – bu heç, bəllidir. Ancaq əldəki kontingentlə də medallar uğrunda mübarizəni davam etdirmək mümkündür. Bir elə ümidsizliyə qapılmağa dəyməz.

«Keşlə»ni naümid edən hələ də oyun sistemini seçməməsidir. Burada nə var axı, nə çətin məsələdir ki, Qurbanov onu müəyyənləşdirməyə, üzərində dayanmağa çəkinir?

Müdafiə futbolu oynaya bilmirlər, istəsələr də, bacarmırlar. «Qarabağ»ın onlara cəmi 1 qol vurmasına aldanmayaq, qaçırdıqları xeyli sayda epizodu xatırlayaq. Həmin epizodların yarısını dəyərləndirsəydilər, hçsab 5:0, 6:0 olacaqdı.

Sənan Qurbanov, görünür, «qorxan gözə çöp düşər» məsələsindən xəbərsizdir, ya da ki, bu hikmətli kəlamın doğrularını qəbul etmir. Amma etsin.

Çəkinmədən, qorxmadan, ehtiyatlanmadan. «Keşlə»ni yaraşığa mindirə, «zirzəmi»dən qurtara biləcək tək vasitə gözünü qırpmadan mübarizə aparmaq, xoşbəxtliyi rəqib qapısında axtarmaq cürətidir.

Anatole Abanq, Felipe Santos kimi istənilən rəqibin müdafiə xəttinə başağrısı olacaq gücdə üçüncü zona adamların var, qoy, başqaları səndən qorxsun, sən niyə qorxursan axı? Belə də ki, yağışdan çıxmış yağmurdan niyə qorxsun ki?

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti