"Məmnunam" - FOTOLAR

25 Oktyabr 2021 09:00 Şamaxı 469
"Məmnunam" - FOTOLAR

“Qəbələ” Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirib.

“Qırmızı-qaralar” VIII turun ikinci günündə “Keşlə” ilə qarşılaşıb.

Komanda II dövrənin ilk matçına səfərdə çıxıb. Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində iki dəyişiklik edib. Omar Hani və Fernan Lopesi Rövlan Muradovla Ülvi İsgəndərov əvəzləyib.

Bakıdakı görüş qarşılıqlı hücumlarla başlayıb. Oyunda hesab ilk hissənin ortalarında açılıb.

Rövlan Muradovun qapı önünə hava ötürməsini Ruan Renato baş zərbəsi ilə dəqiq tamamlayıb. Bu, müdafiəçinin “Qəbələ”də ilk qolu olub.

Hesab açıldıqdan sonra da sürətli hücumlar təşkil edən “qırmızı-qaralar” fərqi artırmağa nail olub. Asif Məmmədov cərimə meydanı daxilindən qarşısıalınmaz zərbə vurub.

Bu qoldan sonra fəallığı artıran bakılılar təşəbbüsə yiyələnib. Paytaxt təmsilçisi fasiləyə qədər fərqi minimuma endirib. Bundan sonra Asif Məmmədov dubl etmək imkanı qazansa da, epizoddan yararlana bilməyib.

İkinci hissə meydan sahiblərinin hücumları ilə başlasa da, rəqib həmlələrinin qarşısını alan “Qəbələ” üstünlüyü ələ ala bilib.

Daha təhlükəli hücumlar quran “qırmızı-qaralar”ın heyətində Rövlan Muradov, Rafael Utziq və Asif Məmmədovun zərbələri yaddaqalan olub.

Bu hücumlar bəhrəsiz qalmayıb. İsnik Alimi fərqi yenidən iki topa çatdırıb. İkinci xəbərdarlığa görə qırmızı vərəqə alan Stefan Vukçeviçin komandamızı azlıqda qoymasından sonra üstünlük paytaxt təmsilçisinin tərəfinə keçib.

Lakin “qırmızı-qaralar” inamla müdafiə olunaraq sürətli əks-hücumlar qurmağa çalışıb. Hesab yalnız son saniyələrdə dəyişib.

Paytaxt təmsilçisi 90+7-ci dəqiqədə fərqi minimuma endirməyi bacarıb. Beləliklə, “Qəbələ” II dövrəyə 3:2 hesablı səfər qələbəsi ilə başlayıb.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Bizi çətin səfər oyununun gözlədiyini bilirdik. Çətinlik matçın süni örtükdə keçirilməsindən ibarət idi.

Belə meydanda oynamağa öyrəşməmişik. Komanda məni razı saldı, meydanda istədiyimizi nümayiş etdirməyə çalışdı.

Bu, bəzi epizodlarda alınır, bəzən alınmırdı. Komandanın göstərdiyi futboldan məmnunam. Əzmkarlıq göstərdilər.

Düşünürəm ki, daha yaxşı ola bilərik. Futbolçularımızda bu keyfiyyətlər var. Daha yaxşı səviyyəyə qalxa biləcəyimizə inanıram.

Futbolçunun effektliliyini bir oyunla götürmürük. Ülvi İsgəndərovun yanaşması bizi razı salır. O, bu gün meydanda ən yaxşısını etməyə çalışırdı”.

“Keşlə” – “Qəbələ” 2:3

“ASK Arena”, 350 tamaşaçı

Baş hakim: Vüqar Həsənli

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Eyyub İbrahimov

Dördüncü hakim: Kamal Umudlu

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: İlham Əliyev

Sarı vərəqələr: Tərlan Quliyev, 18 (qeyri-idman hərəkəti); Şəhriyar Əliyev, 90+2 (qeyri-idman hərəkəti) // Stefan Vukçeviç, 17, 69 (qeyri-idman hərəkəti); Məqsəd İsayev, 21 (qeyri-idman hərəkəti); Ruan Renato, 82 (qeyri-idman hərəkəti); Omar Hani, 90+6 (oyunun bərpasının ləngidilməsi)

Qırmızı vərəqə: Stefan Vukçeviç, 69

Qollar: Aldair Neto, 38; Amil Yunanov, 90+7 // Ruan Renato, 23; Asif Məmmədov, 30; İsnik Alimi, 60

Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 6 dəq.

“Keşlə”

1. Stanislav Namaşko

3. Tərlan Quliyev

19. Azər Salahlı

2. İlkin Qırtımov (k)

4. Şəhriyar Əliyev

5. Kərim Diniyev

(29. Amil Yunanov, 66)

11. Sadio Tounkara

9. Anatole Abanq

77. Merab Qiqauri

72. Aldair Neto

(17. Omar Qudiabi, 83)

14. Turan Vəlizadə

Ehtiyat oyunçular:

85. Kamal Bayramov

27. Əkpər Vəliyev

8. Tural Axundov

23. Nicat Qurbanov

99. Rafael Məhərrəmli

25. Con Kamara

50. Samir Abdullayev

95. Rəhman Daşdəmirov

Baş məşqçi: Sənan Qurbanov

“Qəbələ”

94. Nicat Mehbalıyev

19. Rövlan Muradov

(10. Omar Hani, 63)

11. Asif Məmmədov (k)

(77. Emil Səfərov, 80)

28. Murad Musayev

14. Ülvi İsgəndərov

(9. Fernan Lopes, 70)

27. Məqsəd İsayev

34. Urfan Abbasov

8. Stefan Vukçeviç

23. Rafael Utziq

5. İsnik Alimi

4. Ruan Renato

Ehtiyat oyunçular:

1. Kristof Atanqana

36. Elməddin Sultanov

6. Kamal Mirzəyev

88. Gülağa Əsədov

Baş məşqçi: Elmar Baxşıyev

Digər Xəbərlər
Xəbər Lenti