"Risk etmək istəmədik" - Adı iştirak ərizəsinə niyə salınmayıb?

18 Oktyabr 2021 11:20 Şamaxı 725
"Risk etmək istəmədik" - Adı iştirak ərizəsinə niyə salınmayıb?

“Keşlə”nin yarımmüdafiəçisi Rəhman Hacıyev sıradan çıxıb.

Sportinfo.az saytı xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib.

Çalışdırıcı 28 yaşlı futbolçunun Premyer Liqanın VII turunda “Səbail”lə səfər matçını (2:1) buraxmasının zədə ilə əlaqədar olduğunu bildirib:

“Rəhman Hacıyevin zədəsi var. “Sumqayıt”la yoxlama görüşü keçirəndə arxa əzələsində ağrılar hiss elədi və əvəzlədik.

Risk etmək istəmədik. Həkimlər onun növbəti həftədən komandaya qoşulacağını deyir. Bu matçın iştirak ərizəsində adının olmaması zədə ilə bağlı idi”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi