Azərbaycan klubunda "təmizləmə” sürətləndi: Daha bir legionerə" get" deyildi - FOTO

11 Sentyabr 2024 17:20 Kəpəz 5 083
Azərbaycan klubunda "təmizləmə” sürətləndi: Daha bir legionerə" get" deyildi - FOTO

«Kəpəz» rəhbərliyi Adil Şükürovun səhvləri düzəltmək üçün səfərbər olub.

Keçmiş baş məşqçinin istəyi ilə transfer edilən, lakin Premyer Liqanın standartlarına uyğun gəlmədiyi ilk həftələrdə bilinən oyunçuların siyahısı müəyyənləşdirilib.

Gəncəlilər qeyri-qənaətbəxş nəticlərə görə istefaya göndərdiyi Şükürovun ardınca onları da yola salmağı qarşısına məqsəd qoyub.

Redon Mihana da onlardan biridir. Nizami yurdunun təmsilçisi iyulda 25 yaşlı legionerlə 1+1 illik müqavilə bağlayıb.

Mihana yarımmüdafiənin hər iki cinahında oynaya bilir.

Karyerasında ilk dəfə legioner həyatı yaşayan futbolçu son olaraq ölkəsində "Erzeni"nin formasını geyinib. Abaniyanın U-21 millisinin də şərəfini qoruyub.

Fəqət, o, gözləntiləri doğrultmayıb. Premyer Liqanın arxada qalan bölümündə olduqca pis təsir bağışlayan Mihanaya müqavəni qarışılıqlı razılıq əsasında pozmaq təklif olunub.

"Kəpəz" aAvqustun 22-də düşərgəyə cəlb olunan Keverton Resende Markolino ilə də yolları ayırmağı lazım bilib.

23 yaşlı yarımmüdafiəçi ilə imzalanmış "1+1" illik müqavilə pozulub.

Son olaraq vətənində "Hersilio Luz"un şərəfini qorumuş “sambaçı” məşqlərdə özünü pis göstərdiyi üçün yeni baş məşqçi Azər Bağırovun etimadını tez itirib.

SPORTİNFO.AZ

"Kəpəz"dən legioner transferi

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi