36 yaşlı müdafiəçinin bölgə klubunda YENİ VƏZİFƏSİ nə olacaq?

21 İyul 2024 21:40 Kəpəz 1 695
36 yaşlı müdafiəçinin bölgə klubunda YENİ VƏZİFƏSİ nə olacaq?

Ötən mövsümkü heyətdən "Kəpəz"lə yoluna davam edəcək oyunçular arasında Vurğun Hüseynov da yer aldı.

Bölgə klubu təcrübəli müdafiəçi ilə başa çatan müqaviləni daha 1 illik uzatdı.

Əslində Hüseynov karyerasını başa vurmaq qərarı vermişdi.

Sadəcə baş məşqçi Adil Şükürovun istəyi onun fikir dəyişməsinə yol açıb.

Çalışdırıcı Vurğun kimi təcrübəli futbolçunun ehtiyat skamiyada yer almasını istəyib.

Düzdü, onunla futbolçu kimi müqavilə imzalanıb. Ehtiyac yaranarsa meydanda görə bilərik.

Ancaq 36 yaşlı arxa xətt oyunçusu daha çox məşqçi kimi klubda fəaliyyət göstərəcək.

Tərəflər arasındakı söhbətdə belə razılıq əldə olub.

Hüseynov karyerasına "Turan"da başlayıb. Müxtəlif illərdə "Qəbələ" və "Turan Tovuz"da çıxış edib. Milli komandada 15 oyun keçirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?