Azərbaycanlı məşqçi Almaniyaya üz tutub.
Söhbət “Kəpəz”in keçmiş futbolçusu və kapitanı, Gəncə təmsilçisinin aşağı yaş qruplarından ibarət komandalarında baş məşqçi, əsas komandada köməkçi-məşqçi kimi çalışmış, “Qəbələ”nin akademiyasında fəaliyyət göstərmiş Əli İsmayılovdan gedir.
44 yaşlı mütəxəssis uzun müddət işsiz qaldığından, çıxış yolunu vətəni tərk etməkdə görüb.
Bi işdə ona Regional Liqanın C qrupunda mübarizə aparan “İnternationale Lippstad” klubunun prezidenti Sərxan Qəmbərov kömək edib.
Qəmbərov İsmayılovu Almaniyaya dəvət edərək ona komandanın baş məşqçi, klubun idman direktoru vəzifələrini həvalə edib.
Əlinin debütü uğurlu alınıb. Rəhbərlik etdiyi komanda “Mettinghause”la qarşılaşıb və 9:3 hesabı ilə qalib gəlib.
Maraq üçün bildirək ki, Əli İsmayılov bir neçə il əvvəl saytımıza verdiyi müsahibədə Azərbaycanda ona iş tapılmadığını demiş, çarəsizlikdən Gəncədə avtobus sürücüsü kimi işlədiyini etiraf etmişdi.
HƏBİB / SPORTİNFO.AZ
