“Kəpəz” Misli Premyer Liqasının 3-cü turunda Gəncə şəhər stadionunda “Turan Tovuz”u qəbul edəcək.
Sportinfo.az xəbər verir ki, Qərb derbisi üçün bilet satışı davam edir. Artıq 5000 bilet öz sahibini tapıb.
“Kəpəz” Gəncə şəhər stadionu yenidən qurulduqdan sonra doğma meydanda ilk oyununa çıxacaq. Qarşılaşma avqustun 30-da keçiriləcək və saat 18:00-da start götürəcək.
