Üç ildən sonra Gəncəyə qayıdan "Kəpəz"dən MARAQLI XƏBƏR - FOTOLAR

14:25 Kəpəz 182
Üç ildən sonra Gəncəyə qayıdan "Kəpəz"dən MARAQLI XƏBƏR - FOTOLAR

"Kəpəz" uzun fasilədən sonra öz meydanına qayıdır.

Sportinfo.az xəbər verir ki, komanda bu gün Misli Premyer Liqasının 3-cü turunda "Turan Tovuz"u yenidən inşa olunan Gəncə şəhər stadionunda qəbul edəcək.

Qərb derbisi saat 18:00-da başlayacaq.

Klubdan verilən məlumata görə, dünən axşam saatlarına qədər oyuna 9 min bilet satılıb. Oyun saatına qədər bu rəqəmin artacağı gözlənilir.

Yenidən inşa olunan Gəncə şəhər stadionunu 15 min 464 yerlikdir.

"Kəpəz" stadionun inşası ilə əlaqdəar 3 ildir ev oyunlarını doğma meydanda keçirə bilmirdi.

"Sarı-göylər" Gəncədə son dəfə 2023-cü il okyabrın 1-də "Qəbələ"yə qarşı oynayıb. "Kəpəz" bu müddətdə ev oyunlarını Qəbələ, Tovuz və Yevlaxda keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!