Mali yığmasının hücumçusunu ölkəmizdə izləyəcəyik – 1+1 illik müqavilə

13 İyul 2024 22:40 Kəpəz 1 352
Mali yığmasının hücumçusunu ölkəmizdə izləyəcəyik – 1+1 illik müqavilə

Transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçunun keçidini həll edib.

Sportinfo.az xəbər verir ki, hücumçu Lassana Ndiaye ilə müqavilə bağlanıb.

Malili ilə anlaşmanın müddəti "1+1" illikdir.

23 yaşlı forvard Rusiya, İsveç, Bolqarıstan və Serbiyada top qovub.

Onun legioner karyerası MOİK (Moskva) ilə başlayıb. Lassanın son klubu "Botev" (Vratsa, Bolqarıstan) olub.

Ndiaye Malinin 17 və 20 yaşlılardan ibarət yığmalarının formasını da geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”