“Hazırkı rəhbərlik olduğu müddətdə mənə klubda iş yeri tapılmayacaq“

30 Mart 15:00 Kəpəz 1 095
“Hazırkı rəhbərlik olduğu müddətdə mənə klubda iş yeri tapılmayacaq“

“Vallah, bunun səbəbini özüm də bilmirəm“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in keçmiş futbolçusu və məşqçisi Əli İsmayılov deyib.

Vaxtilə “Kəpəz”, “Ədliyyə”, “Bakılı”, “Qəbələ”, “Muğan”, “Tərəqqi” kimi komandaların şərəfini qorumuş, hazırda Gəncədə ictimai nəqliyyatda sürücülük edən sabiq müdafiəçi doğma şəhərinin klubundan uzaq düşməsinin “niyə“sini deməyə çətinlik çəkir.

Öncə “Qəbələ”də, sonuncu dəfə isə Yaşar Vahabzadənin dönəmində Gəncə təmsilçisində köməkçi-məşqçi kimi çalışmış 43 yaşlı mütəxəssis 2022-nin payızından bu yana futboldan uzaq düşüb:

“Hərdən özümə də sual verirəm ki, niyə mənə “Kəpəz”də yer tapılmır? Başa düşə bilmirəm ki, mən bunlara nə etmişəm.

Əsas komandada köməkç-məşqçi işlədiyim dövrdə akademiyanın bəzi məşqçiləri məndən çox maaş alırdılar.

Bunu bildiyim halda bir dəfə də olsun ağzımı açıb söz demirdim. Çünki işimi sevirdim, futbol sahəsində çalışırdım.

Fikirləşirdim ki, ”5 manat az, 10 manat çox”la dünya dağılmayacaq. Yəni mən belə olmuşam.

Ancaq görünən budur ki, hazırkı rəhbərlik “Kəpəz”də olduğu müddətdə mənə klubda iş yeri tapılmayacaq“.

Digər Xəbərlər
Xəbər Lenti