Azərbaycanda oynayan legioner kimlərə görə ağlayırdı?

19 Sentyabr 20:00 Kəpəz 784
Azərbaycanda oynayan legioner kimlərə görə ağlayırdı?

“Kəpəz”in “Araz-Naxçıvan”a 0:3 hesablı məğlubiyyətindən sonra gəncəli futbolçular üzgün görünürdü.

Əhvalı yerində olmayan oyunçular hakimin final fitindən sonra paltardəyişmə otağına yollananda Olavale Onanuqa diqqətləri üzərinə çəkdi.

Nigeriyalı yarımmüdafiəçi ağlaya-ağlaya yolunu gedir, göz yaşlarını gizlətmək üçün əynindəki formanı üzünə tutmuşdu.

Onanuqa Sportinfo.az-a açıqlamasında həmin an keçirdiyi hislər barədə danışıb:

“Özümdən asılı olmadı. Sadəcə, özümü hədsiz pis hiss edirdim.

Bu qədər azarkeşin önündə növbəti dəfə məğlub olmaq və 0:3 hesabı ilə uduzmaq... Nə qədər əziyyət çəkirik, hazırlaşırıq, sonu da belə.

Futbolu azarkeşlərimiz və ailəm üçün oynayıram. Bu cür yenilgilər olanda isə onların üzüldüyünü bilirəm.

Onların üzüntüsü mənə pis təsir edir. Oyun başa çatandan sonra azarkeşlərimizlə ailə üzvlərimi gözlərimin önünə gətirib təsirləndim”.

25 yaşlı futbolçu cari mövsümdə “Kəpəz”in keçirdiyi 6 oyunun hamısında meydanda olub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu