“Narazılıq edəcəyim heç nə yoxdur, məni yaxşı qarşıladılar”

13 Oktyabr 2024 11:55 Kəpəz 2 675
“Narazılıq edəcəyim heç nə yoxdur, məni yaxşı qarşıladılar”

“Kollektivdə məni çox yaxşı qarşıladılar”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in yeni transferi Mahamadu Ba deyib.

Gəncə təmsilçisi malili yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.

25 yaşlı afrikalı karyerası ərzində Türkiyə klublarında forma geyinib. O, "Ərzurumspor", "Adana Dəmirspor", "İstanbulspor" və "Tuzlaspor"da oynayıb.

"Ərzurumspor" və "İstanbulspor"un heyətində Türkiyə Super Liqasında çıxış edib.

Ba artıq yeni ölkədədir. Təəssüratlarını eşitmək maraqlıdır. Görək, nə deyir:

“Gəldiyim gündən məşqçilər heyəti və futbolçu yoldaşlarım mənə isti münasibət göstərməklə uyğunlaşmağıma yardımçı oldular.

Bu gün özümü meydanda rahat hiss etməyimin əsas səbəblərindən biri elə bu idi. Narazılıq edəcəyim heç nə yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!