COP29

Rövşən Nəcəfin yaxın adamı Premyer Liqa klubuna nə qədər pul ayıracaq?

9 İyul 10:40 Kəpəz 3 518
Rövşən Nəcəfin yaxın adamı Premyer Liqa klubuna nə qədər pul ayıracaq?

«Kəpəz»in yeni sponsorun çətiri altına keçəcəyini günlər öncə xəbər vermişik.

Bu işlə birbaşa Rövşən Nəcəf məşğuldur.

AFFA və SOCAR-ın prezidenti Gəncə təmsilçisinə himayədar tapılması prosesini şəxsi nəzarətinə götürüb və deyə bilərik ki, artıq müəyyən nəticələr də əldə olunub.

SOCAR-a bağlı törəmə şirkətlərdən biri «sarı-göylər»ə maliyyə dəstəyi verəcək. Birinci ildə ayrılacaq büdcə barədə məlumatlar gəlməkdir: burada 3 milyon manatdan bəhs olunur.

Dövlət tərəfindən ayrılan 3 milyon manatlıq yardım paketini də bunun üstünə gəlsək, «Kəpəz» 6 milyonla növbəti sezona başlaya bilər.

Yeni himayədar törəmə şirkəti kurasiya etməklə yanaşı, SOCAR rəhbərliyində yer alır. Rövşən Nəcəfə çox yaxın biridir: insan və kadr olaraq. Aralarında sıx dostluq bağları mövucddur.

İlqar Nadirini nə gözləyir? Klubun İdarə Heyətinin sədri bugünlərdə AFFA-ya dəvət edilib.

Onunla bağlı qapılar arxasında görüş keçirilib, prosesin gedişatı barədə məlumatlandırılıb.

Altı ilə yaxındır «Kəpəz»i idarə edən şəxsin birdən-birə buradan uzaqlaşdırılması az inandırıcıdır. Böyük ehtimalla, klubda bir vəzifədə verib saxlaycaqlar.

Mümkündür ki, heç ilk aylarda sədr postunu da əlindən almasınlar. İş zamanla görüləcək, səlahiyyətləri tədrici şəkildə məhdudlaşdırılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti