Ronaldonun yanına aparmaq istəyirlər - “Mançester Yunayted”in keçmiş qapıçısını

16 Avqust 2023 00:00 İngiltərə 1 080
Ronaldonun yanına aparmaq istəyirlər - “Mançester Yunayted”in keçmiş qapıçısını

“Mançester Yunayted”in keçmiş qapıçısı David de Xea yenidən “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ilə bir araya gəlməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 32 yaşlı ispaniyalı qolkiperi müqavilə imzalamağa razı salmaq üçün əlindən gələni edir.

De Xea bu yay “Mançester Yunayted”lə müqaviləsi başa çatdıqdan sonra azad agent statusundadır. O, əvvəllər Ronaldo ilə birlikdə MY-də forma geyinib.

Bundan əvvəl qapıçının zədəli Tibo Kurtuanı əvəzləmək üçün “Real”ın siyahısında olduğu, lakin Madrid klubunun baş məşqçisi Karlo Ançelottinin De Xeanın namizədliyindən imtina etdiyi bildirilirdi.

Digər Xəbərlər
Xəbər Lenti