Avropada daha 5 futbolçuda koronavirus aşkarlandı

13 Mart 2020 00:00 İtaliya 1 467
Avropada daha 5 futbolçuda koronavirus aşkarlandı

İngiltərənin "Lester", Almaniyanın "Hannover" və İtaliyanın "Sampdoriya" komandalarının futbolçuları koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu barədə klubların rəsmi saytı məlumat yayıb.

Premyer Liqa təmsilçisində 3 futbolçunun analizi müsbət nəticə verib. Amma oyunçuların adları açıqlanmayıb.

"Hannover"in müdafiəçisi Yannes Hornda da koronavirus aşkarlanıb. Bu, II Bundesliqa klubunda ikinci yoluxma halıdır. 23 yaşlı futbolçudan əvvəl komanda yoldaşı Timo Hübers virusa yoluxub.

"Sampdoriya" isə rəsmi saytı vasitəsilə hücumçusu Manolo Qabbyadininin koronavirus testinin müsbət nəticə verdiyini açıqlayıb.

Adları çəkilən bütün futbolçular karantinə alınıblar. Niderland və Portuqaliyada isə pandemiyaya görə bütün futbol çempionatları təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada