“Yuventus” 75 milyon avro istəyir - Üç məşhur klub ona elçi düşüb

16 Fevral 2024 10:20 İtaliya 811
“Yuventus” 75 milyon avro istəyir - Üç məşhur klub ona elçi düşüb

“Yuventus”un mərkəz müdafiəçisi Bremer yay transfer pəncərəsində klubu tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, Turin klubunun rəhbərliyi 26 yaşlı oyunçunu ən azı 75 milyon avroya satmağa hazırdır.

Braziliyalı futbolçu üçün “Real”, “Arsenal” və “Mançester Yunayted” də mübarizə aparır.

Bremer 2022-ci ilin yayında 44 milyon avroya “Torino”dan “Yuventus”a keçib. O, bu mövsüm klubun heyətində bütün turnirlərdə 26 oyuna çıxıb və 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...