“Yuventus”u bu qolla məğlub etdi, ilk finalçı oldu - VİDEO

27 Aprel 2023 01:30 İtaliya 1 693
“Yuventus”u bu qolla məğlub etdi, ilk finalçı oldu - VİDEO

İtaliya Kubokunda ilk finalçı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yarımfinalın cavab oyununda öz meydanında “Yuventus”u 1:0 hesabı ilə məğlub edən “İnter” həlledici görüşə vəsiqə qazanıb.

Yeganə qolu 15-ci dəqiqədə Federiko Dimarko vurub. İlk görüşdə 1:1 hesablı bərabərlik qeydə alındığından yekunda 2:1 üstün olan “nerazzuri” finala yüksəlib.

Həlledici qarşılaşmanın digər iştirakçısı “Fiorentina” – “Kremoneze” matçında müəyyənləşəcək. İlk oyunda florensiyalılar səfərdə iki cavabsız qolla qələbə qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti