Oktyabrın 28-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.
Sportinfo.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının da ilk rəqibləri bəlli olub.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 9 çəki dərəcəsində 12 cüdoçu ilə (8 kişi, 4 qadın) təmsil olunacaq. Turnirdə 59 ölkədən 374 idmançı (221 kişi, 153 qadın) mübarizə aparacaq.
29–31 oktyabr tarixlərində keçiriləcək Əbu-Dabi Böyük Dəbilqəsində ilk yarış günü təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final bloku isə saat 18:00-da start götürəcək. Turnirin görüşləri “Judo TV” və "CBC Sport"dan canlı yayımlanacaq.
Qadınlar
-48 kq, 1/8 final
Könül Əliyeva – Ulbusin Xakimova (Özbəkistan)
-52 kq, 1/16 final
Gültac Məmmədəliyeva – Karina Yefimova (Rusiya)
-70 kq, 1/16 final
Südabə Ağayeva – Nensi Nquyen (ABŞ)
+78 kq, 1/8 final
Madina Kaisinova – İrisxon Kurbanbayeva (Özbəkistan)
Kişilər
-60 kq, 1/8 final
Balabəy Ağayev – David Ştarkel (Sloveniya) / Nikita Anisimov (Rusiya) cütünün qalibi ilə
-66 kq, 1/16 final
Rəşad Yelkiyev – Erbol Abasbekov (Qırğızıstan)
-66 kq, 1/8 final
Ruslan Paşayev – German Kobets (Rusiya) / Tom Simxayev (İsrail) cütünün qalibi ilə
-73 kq, 1/16 final
Kamran Süleymanov – Zamoxşari Bekmurodov (Özbəkistan) / Xristos Dimitriadi (Kipr) cütünün qalibi ilə
Hidayət Heydərov – Baysanqur Baqayev (Serbiya) / Lusian Bors Dumitresku (Rumıniya) cütünün qalibi ilə
-90 kq, 1/16 final
Elcan Hacıyev – Yosip Buliç (Xorvatiya)
+100 kq, 1/8 final
Uşanqi Kokauri – Şərifcon Nazriyev (Tacikistan) / Yakiv Xammo (Ukrayna) cütünün qalibi ilə
Camal Qamzatxanov – Saba İnaneişvili (Gürcüstan) / Andre Umberto (Braziliya) cütünün qalibi ilə
