Avropa çempionatlarında medallarımızın sayı 25-ə çatdı

04:20 Boks 80
Avropa çempionatlarında medallarımızın sayı 25-ə çatdı

Azərbaycan boksçuları 2026-cı ildə Avropa çempionatlarında uğurlu çıxışlarını davam etdirirlər.

Sportinfo.az xəbər verir ki, milli komandalarımız qatıldıqları 4 qitə birinciliyində ümumilikdə 25 medal qazanıblar.

Mükafatların 5-i qızıl, 8-i gümüş, 12-si bürünc əyarlıdır.

Komandalarımız arasında ən çox medalı böyük potensial vəd edən U-15 millimiz qazanıb. Boksçularımız Trabzonda yeni başa çatan Avropa çempionatında 10 dəfə fəxri kürsüyə yüksəliblər.

U-17 millimiz qitə birinciliyini 8 medalla başa vurub. Böyüklərdən ibarət yığmamız isə analoji yarışda rekord nəticə göstərərək 5 medal qazanıb.

Hər iki komandamızın 2 idmançısı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycan Himnini səsləndiriblər.

U-19 millimizin Avropa çempionatındakı qazancı isə 2 medal olub.

Beləliklə, Azərbaycan boksçuları 2026-cı ildə qatıldıqları bütün Avropa çempionatlarında medal qazanaraq ölkəmizi uğurla təmsil ediblər.

Komandalarımız bu yarışların 3-də medal əyarına görə ilk “altılıq”da yer alıblar.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"