Azərbaycanın qadın voleybolçulardan ibarət “DH Volley” klubu 2026–2027-ci illər mövsümündə CEV Çelenc Kubokunda mübarizəyə başlayıb.
Sportinfo.az xəbər verir ki, 1/32 final mərhələsinin ilk oyununda Danimarkada yerli “Holte IF”on qonağı olan təmsilçimiz rəqibini 3:1 hesabı ilə məğlub edərək (25:14, 26:24, 22:25, 25:22) turnirə qələbə ilə start verib.
Cütün cavab oyunu noyabrın 5-də Bakıda keçiriləcək.
Azərbaycan çempionatının gümüş mükafatçısı avrokuboklarda ilk dəfədir iştirak edir.
