Fransalı müdafiəçini satınalma şərti ilə icarəyə götürmək istəyir

14 Avqust 01:20 İtaliya 297
Fransalı müdafiəçini satınalma şərti ilə icarəyə götürmək istəyir

“Napoli” “Çelsi”nin müdafiəçisi Benua Badyaşilin transferi üçün London klubu ilə razılığa gəlməyə çalışır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər bu gün yeni danışıqlar aparacaqlar. Neapol təmsilçisi fransalı müdafiəçini satınalma şərti ilə icarəyə götürmək istəyir.

“Napoli” Badyaşilin sonradan transfer hüquqlarını 20 milyon avroya almağı təklif edir. “Çelsi” isə satınalma məbləğinin 30 milyon avro olmasını tələb edir.

Tərəflərin 25-27 milyon avro civarında razılığa gəlməsi mümkündür. Bundan əlavə, İtaliya klubu icarə üçün daha 3 milyon avro ödəyəcək.

25 yaşlı futbolçunun özü artıq “Napoli”yə keçməyə razılıq verib. O, ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 16 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi