"Qarabağ"a udmaq üçün kifayət qədər imkanımız var idi, təəssüf!” - "Neftçi"nin legioneri

11:00 Neftçi 112
"Qarabağ"a udmaq üçün kifayət qədər imkanımız var idi, təəssüf!” - "Neftçi"nin legioneri

"Düşünürəm ki, bu oyuna çox yaxşı hazırlaşmışdıq.

Çalışırdıq ki, sürətimizdən əks-hücumlarda istifadə edək. "Qarabağ"la görüşdə qalib gəlmək üçün kifayət qədər imkanımız var idi.

Ancaq təəssüf ki, evə bir xalla geri qayıdırıq. Bu, hələ son deyil, biz “Neftçi”yik. Sona qədər mübarizə aparacağıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Draqolyub Saviç deyib.

Serbiyalı legioner Misli Premyer Liqasının 8-ci turunun "Qarabağ"la (3:3) görüşündən sonra "Neftçi TV"yə danışıb. O, vurduğu qolu azarkeşləri ilə qeyd etməsininə də şərh verib:

"Bəzən yeni komandaya, yeni mühitə uyğunlaşmalısan. Öz üzərimdə hər gün çalışıram ki, azarkeşlərlə bunu yaşaya bilim.

Mənim üçün xüsusi məqam idi və bunu da azarkeşlərə həsr edirəm".

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!