Bakıya gələn Almaniya nəhəngi ilə bağlı detalll XƏBƏR

Bakıya gələn Almaniya nəhəngi ilə bağlı detalll XƏBƏR

Çempionlar Liqasındakı təmsilçimiz “Sabah” oktyabrın 20-də növbəti matçına çıxacaq.

Liqa mərhələsinin 3-cü turundakı rəqib “Borussiya Dortmund” komandası olacaq.

Almaniya təmsilçisinin Bakı səfərinin proqramı bəlli olub.

Belə ki, qonaqlar qarşılaşmadan iki gün əvvəl paytaxtımıza təşrif buyuracaqlar.

“Sarı-qaralar” dünən axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Komanda üzvləri hava limanından birbaşa məskunlaşacaqları “Absheron Marriott” hotelinə yollanacaqlar.

Dünən komanda üzvləri üçün istirahət nəzərdə tutulub.

Dortmund təmsilçisi bu gün oyunöncəsi mətbuat konfransı və açıq məşq keçirəcək.

Bakı Olimpiya Stadionunda təşkil olunacaq Niko Kovaçın mətbuat konfransı saat 18:30-da başlayacaq. Saat 19:00-da isə komandanın ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olan məşqi start götürəcək.

Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!