“Latsio” argentinalı hücumçu Mauro İkardini heyətinə qatmaq variantını nəzərdən keçirir.
SPortinfoaz “Sky Sport”-a istinadən xəbər verir ki, Roma klubunun idman direktoru Ancelo Fabianin 33 yaşlı futbolçu ilə artıq əlaqə saxlayıb.
İtaliya təmsilçisi onun karyerasını “Latsio”da davam etdirməyə nə dərəcədə hazır olduğunu öyrənmək istəyir.
İkardi iyuldan azad agent statusundadır. O, “Qalatasaray”la müqaviləsinin müddəti başa çatdıqdan sonra klubsuz qalıb. Bununla belə, transferin qarşısında ciddi maneələr var.
Əsas problem argentinalı futbolçunun maliyyə tələbləri hesab olunur. Bundan başqa, onun UEFA Çempionlar Liqasında iştirak edən klubdan təklif gözlədiyi bildirilir.
Karyerası ərzində “İnter”, PSJ, “Sampdoriya” və “Qalatasaray”ın formasını geyinən İkardi, İtaliya və Türkiyə çempionatlarında bombardir olub və ən yaxşı futbolçu seçilib.
Hücumçu ötən mövsüm “Qalatasaray”ın heyətində 47 oyunda 16 qol vurub və 3 məhsuldar ötürmə verib.
