Davamlı zədələrdən əziyyət çəkən hücumçunun satılması istiqamətində iş aparılır

00:50 İtaliya 110
Davamlı zədələrdən əziyyət çəkən hücumçunun satılması istiqamətində iş aparılır

“Yuventus”un hücumçusu Arkadiuş Milikin komandadan ayrılması gözlənilir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunda polşalı forvardın satılması istiqamətində iş aparılır.

32 yaşlı futbolçu “Yuventus”un baş məşqçisi Luçano Spallettinin planlarında yer almır.

Halbuki bir müddət əvvəl İtaliya mətbuatında baş məşqçinin Milikə özünü göstərmək üçün şans verə biləcəyi barədə məlumatlar yayılmışdı.

Milikin “Yuventus”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Davamlı zədələr səbəbindən polşalı hücumçu ötən mövsüm cəmi iki matçda meydana çıxıb.

O, ondan əvvəlki mövsümdə isə ümumiyyətlə, forma geyinməyib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Avqust 21:30 Çək və bizə göndər!