“Yuventus” heyətini ukraynalı iki qapıçıdan biri ilə gücləndirməyi düşünür.
Sportinfoaz xarici KİV-ə istinadən xəbər verir ki, söhbət “Real”ın qapıçısı Andrey Lunindən və “Benfika”nın qolkiperi Anatoli Trubindən gedir.
Luninin “Yuventus” variantını nəzərdən keçirdiyi bildirilir. 27 yaşlı qapıçı “Real”da Tibo Kurtuanın kölgəsində qalmaq istəmir və daha çox oyun praktikası əldə etməyi arzulayır.
Bundan başqa, Turin klubunun qapıçı mövqeyində əsas hədəfi “Parma”nın qolkiperi Zion Suzuki olaraq qalır. Amma yaponiyalı qapıçının böyük ehtimalla, PSJ-yə keçəcəyi gözlənilir.
Trubinə gəlincə, “La Gazzetta dello Sport” onun “Yuventus”un genişləndirilmiş transfer siyahısında yer aldığını yazıb.
25 yaşlı Trubin 2025/26 mövsümündə, UEFA Çempionlar Liqasının “Real”a qarşı oyununda fərqlənməyi bacarıb.
O, qarşılaşmanın əlavə vaxtında rəqibin cərimə meydançasına daxil olaraq qol vurub və bununla “Benfika”nın pley-off mərhələsinə yüksəlməsinə kömək edib.
