Transfer hüquqlarını 35 milyon avroya almaq istəyirlər

10 Avqust 10:00 İtaliya 561
Transfer hüquqlarını 35 milyon avroya almaq istəyirlər

“Əl-İttihad”ın vingeri Mussa Diabi karyerasını “İnter”də davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter” “Bayer”in (Leverkuzen) də maraq göstərdiyi fransalı futbolçunun transferi üçün mübarizəyə qoşulub.

İtaliya klubu futbolçunu bir mövsümlük icarəyə götürmək və mövsümün sonunda onun transfer hüquqlarını 35 milyon avroya almaq istəyir. Diabi “Əl-İttihad”a keçməzdən əvvəl “Bayer”də çıxış edib.

27 yaşlı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 43 oyunda 6 qol vurub və 15 məhsuldar ötürmə edib. Onun “Əl-İttihad”la müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi