Legionerlər maaşlarından imtina etdi, "Şəfa"nı tərk edənlər var? - VİDEO

Legionerlər maaşlarından imtina etdi, "Şəfa"nı tərk edənlər var? - VİDEO

“Sportinfo TV”də “Sport Xəbər”in növbəti buraxılışı efirə gedib.

Aytən Mustafayevanın təqdimatında yayımlanan xəbər büllitenində izləyicilərin diqqətinə nə çatdırılıb?

Elə isə qulaq asın…

«Səbail»in legionerləri futbolumuz üçün xarakterik olmayan qeyri-adi təkliflə çıxış elib.

Qubaya köçməyə hazırlaşan klubun əcnəbi oyunçuları rəhbərliklə görüşərək, öz niyyətləri barədə onları məlumatlandırıb.

Xaricilər bildirib ki, əgər komanda bu ay ərzində uduzsa və ya heç-heçə eləsə, oktyabrın əməkhaqqısını almayacaqlar:

«Bizə burada hər cür şərait yaradılıb. Bütün istəklərimiz yüksək səviyyədə yerinə yetirilir.

Bizim də borcumuz gördüyümüz yaxşı münasibətin qarşılığını verməkdir. Belə şəraiti olan komanda hər oyunda qələbə qazanmalıdır.

Çünki «Səbail»i Premyer Liqaya çıxarmaq üçün Azərbaycana dəvət olunmuşuq.

İlk turlarda 4 xal itirmişik, bundan sonra mütləq qalib gəlməliyik. Əgər oktyabrda xal itirsək və uduzsaq, biz sizdən bu ayın maaşını istəməyəcəyik».

«Şəfa»nın vitse-prezidenti Əfran İsmayılov Zaur Həşimovun baş məşqçi postundan uzaqlaşdırılacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Paytaxt təmsilçisinin funksioneri bu ilin yayında 3 illik müqavilə bağladıqları gənc mütəxəssisə dəstək olduqlarını, yolları ayırmağı düşünmədiklərini söyləyib:

«Biz Zaur Həşimova inanaraq, onu bura gətirmişik. Rəhbərlik olaraq arxasındayıq.

Yeni yaranmış komandayıq. Bilirik ki, çətinliklərimiz olacaq.

Futbolçuların bir-birinə uyğunlaşmasına, komandanın öz oyununu tapmasına müəyyən qədər vaxt lazımdır.

«Şamaxı»ya son turda məğlub olsaq da, uşaqlar göstərdi ki, futbol oynamağı bacarırlar. Qələbəyə acdırlar, qazanmaq istəyirlər».

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti