Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduzu Kriştiano Ronaldo mineral su istehsalına 10 milyon avro investisiya yatırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə “Sic Noticias” nəşri məlumat yayıb.
Biznesə 10 milyon avro yatırmış “Grupo Ouhterinho” şirkəti futbolçunun yeni biznesdəki tərəfdaşı olub. Suyun hasilatını Braqansa şəhərində təşkil etmək planlaşdırılır.
Zavodun tikintisinin başa çatması və brendin bazara çıxışı 2027-ci ilin sonuna gözlənilir.
2023-cü ildə Ronaldo Madriddə təqdimatı keçirilən “Ursu9” su brendinin həmtəsisçisi olub.
