Ruben Amorim “Milan”ın baş məşqçisi təyin olunub.
Sportinfo.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun rəsmi bəyanatında gənc mütəxəssisin fəaliyyəti yüksək qiymətləndirilib:
“Biz illərdir Rubeni izləyirik. Onun “Sportinq”dəki işi bizdə böyük təəssürat yaratmaqla yanaşı, axtardığımız oyun üslubunu da özündə əks etdirir.
O, yeni Avropa nəslinin ən hazırlıqlı və yenilikçi məşqçilərindən biridir.
Topa nəzarətdə dominantlıq, müasir pressinq sistemi və aydın taktiki yanaşma ilə fərqlənən müasir futbol üslubuna malik gənc, iddialı mütəxəssisdir”.
Amorim daha əvvəl “Mançester Yunayted”ə rəhbərlik edib və 2026-cı il yanvarında sözügedən komandanı tərk edib.

