“Barselona”nın müdafiəçisi ilə maraqlanır - Premyer Liqa klubları

18:40 İspaniya 77
“Barselona”nın müdafiəçisi ilə maraqlanır - Premyer Liqa klubları

“Barselona”nın müdafiəçisi Xavi Espart karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu İngiltərə klublarının diqqətini çəkib.

Xüsusilə, “Arsenal” və “Tottenhem” onun çıxışını yaxından izləyir. Kataloniya klubu isə müdafiəçisinin transferi üçün 100 milyon avro tələb edir.

Espart bu yaxınlarda “Barselona” ilə müqaviləsinin müddətini 2030-cu ilin iyun ayının sonuna qədər uzadıb. “Transfermarkt” portalı onun bazar dəyərini 25 milyon avro qiymətləndirir.

”Barselona” “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridir. Komandalar 25 noyabrda, Bakıda qarşılaşacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti