“Sabah”ın “qol maşını”ndan məğlub olan rəqibinə JEST - VİDEO

19:40 Sabah 131
“Sabah”ın “qol maşını”ndan məğlub olan rəqibinə JEST - VİDEO

“Sabah” Premyer Liqanın 8-ci turunu da qələbə ilə başa vurdu.

Son ölkə çempionu bu dəfə Qəbələ səfərində yerli komandanı darmadağın edib – 4:0.

Qələbənin əsas qəhrəmanlarından biri, heç şübhəsiz, Coy-Lens Mikes oldu.

İkinci hissədə meydana daxil olan Ruanda millisinin hücumçusu qarşılaşmada son nöqtəni qoymaqla həm qol hesabını artırdı, həm də bombardirlik iddiasını ortaya qoydu.

Mikels hakimin final fitindən sonra sevincini azarkeşlərlə birlikdə xüsusi şəkildə qeyd edib paltardəyişmə otağına yollanırdı ki…

0:4 hesablı məğlubiyyətin əsas səbəbkarlarından olan İsaak Amoa Coy-Lensə yaxınlaşaraq ondan formasını istədi.

Gülərüz Mikes isə həmkarının istəyini geri çevirmədi. O, əynindəki formanı çıxararaq Amoaya hədiyyə etdi.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti