Bakıda "Barselona" ilə oyunun biletləri satışa çıxarıldı - 15-1500 manat arasında

19:20 Sabah 125
Bakıda "Barselona" ilə oyunun biletləri satışa çıxarıldı - 15-1500 manat arasında

“Sabah”ın Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Barselona” ilə keçirəcəyi ev oyununun biletləri bu gündən satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Biletlərin “iticket.az” vasitəsilə həyata keçirildiyi bildirilib. Biletlərin qiymətləri 15-1500 manat arasında dəyişir.

Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Valdas Dambrauskasın komandası sabah 3-cü turda Dortmund “Borussiya”sını qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti