Yeni bitki növü aşkar edildi - Messi gülü adı verildi

15:40 Hadisə 98
Yeni bitki növü aşkar edildi - Messi gülü adı verildi

Peruda yeni bitki növü aşkar edilib və ona səkkizqat “Qızıl top” sahibi, argentinalı futbolçu Lionel Messinin adı verilib.

Sportinfo.az xəbər verir ki, bu haqda “The Athletic” nəşri məlumat yayıb.

Nəsli kəsilmək təhlükəsi altında olan bu yeni növə “Salvia messii” adı verilib. Bitkinin mavi və ağ rəngli çiçəkləri Argentina milli komandasının formasının rənglərini xatırladır.

Bitki And dağlarının yüksək dağlıq ərazilərində – Perunun mərkəzi və cənub hissələrində tapılıb.

Digər Xəbərlər
Xəbər Lenti