“Borussiya”nın Bakıya gətirəcəyi heyət açıqlandı - “Sabah” üçün

“Borussiya”nın Bakıya gətirəcəyi heyət açıqlandı - “Sabah” üçün

“Borussiya” (Dortmund) Çempionlar Liqasının Liqa mərhələsində Bakıda “Sabah”la keçiriləcək matç üçün heyətini açıqlayıb.

Sportinfo az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Niko Kovaç heyətə 24 futbolçunun adını daxil edib.

Komandada Qreqor Kobel, Valdemar Anton, Niko Şlotterbek, Rami Bensebaini, Cob Bellingem, Feliks Nmeça, Seru Qirassi, Maksimilian Bayer, Karni Çukvuemeka, İtan Nvaneri, Marsel Zabitser, Fabio Silva, Juan Qadu, Daniel Svensson, Coui Verman, Yulian Ryerson, Patrik Dreves, Aleksander Mayer, Kauan Prates, Filippo Mane, Samuele İnasio, Matis Albert, Entso Duarte və Luka Recani yer alıblar.

Almaniya təmsilçisinin yarımmüdafiəçisi Konstantinos Karetsasın ayağından aldığı zədə səbəbindən Bakıya gələ bilməyəcəyi qeyd olunub.

Dortmund komandasının Bakıya bu gün gələcəyi və qarşılaşmanın baş tutacağı Bakı Olimpiya Stadionunda matçdan əvvəlki son məşqinə çıxacağı bildirilib.

“Sabah” – “Borussiya” oyunu oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti