Millinin sabiq oyunçusu baş məşqçi postuna gətirildi

13 İyun 00:00 İtaliya 425
Millinin sabiq oyunçusu baş məşqçi postuna gətirildi

“Torino”nun yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az A Seriyası təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanı keçmiş müdafiəçi İqnasio Abate çalışdıracaq.

Turin klubunun yaydığı məlumata görə, 39 yaşlı mütəxəssislə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.

Abate futbolçu karyerası ərzində “Milan”, “Napoli”, “Empoli” və “Torino”nun formalarını geyinib. O, həmçinin İtaliya millisində də çıxış edib.

Məşqçilik fəaliyyətinə “Milan”ın aşağı yaş qruplarında başlayan Abate son olaraq Serie B təmsilçisi “Yuve Stabiya”nı çalışdırıb.

“Torino” ötən mövsüm A Seriyasını 12-ci pillədə başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!
15 İyul 05:00 Paşam birinci yeri tutdu