Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik “Milan”da texniki direktor vəzifəsini qəbul etməzdən əvvəl rəhbərlikdən yazılı zəmanətlər tələb edir.
Sportinfo.az “Football Italia”-ya istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis klubun verdiyi vədlərin icra olunacağına tam əmin deyil və bu səbəbdən, rəsmi təminat istəyir.
O, xüsusilə, “Milan” daxilində qərar vermə prosesinə təsir edən güclü fiqurların, həmçinin, Zlatan İbrahimoviçin rolundan narahatdır.
Almaniyalı mütəxəssis idman idarəçiliyində tam səlahiyyət və müstəqil qərar vermə hüququ əldə edib-etməyəcəyinə şübhə ilə yanaşır.
Bununla belə, Avstriya Futbol Federasiyası Ranqnikə daha yaxşı maliyyə şərtləri ilə yeni müqavilə təklif edib və onun milli komandadakı gələcəyi də açıq qalır.

