“Yuventus”a təklif olundu - İngiltərə millisinin qapıçısı

17:20 İtaliya 103
“Yuventus”a təklif olundu - İngiltərə millisinin qapıçısı

“Everton”un və İngiltərə millisinin qapıçısı Cordan Pikford “Yuventus”un potensial transfer hədəfidir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qoca sinyora” yeni qapıçı axtarır və ingilis vasitəçi ilə kluba təklif olunub.

Lakin “Yuventus”un bu seçimə nə dərəcədə maraq göstərdiyi hələ məlum deyil.

“Yuventus”un daha əvvəl Premyer Liqanın digər tanınmış qapıçısı, “Aston Villa”nın oyunçusu Emiliano Martineslə də maraqlandığı bildirilib.

Pikford 2025-ci ilin payızında “Everton”la 2029-cu ilə qədər olan yeni müqavilə imzalayıb. “Transfermarkt” futbolçunun bazar dəyərini 13 milyon avro olaraq qiymətləndirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 16:40 Öz uşaqlarımız...