“Betis”in müdafiəçisi Natan Bernardo İngiltərənin iki aparıcı klubunun diqqətini çəkib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” və “Mançester Yunayted” braziliyalı futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb.
Həmçinin, daha əvvəl “Barselona” ilə “Betis” arasında da müdafiəçinin mümkün keçidi ilə bağlı danışıqların başladığı bildirilib.
Natanın İspaniya klubu ilə hazırkı müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədər qüvvədədir. “Transfermarkt” portalı 25 yaşlı futbolçunun bazar dəyərini 30 milyon avro qiymətləndirir.
