“Biz onlara baxdığımız kimi, çexlər də “Sabah”a 3 xal mənbəyi olaraq baxırdılar”.
Bu sözlər Sportinfo.az saytının və ”Sportinfo TV”nin baş redaktoru İlkin Fikrətoğluna məxsusdur.
Tanınmış jurnalist Çempionlar Liqasının əsas mərhələsinin iknci turunda ”Slaviya”ya 2:0 hesabıyla qalib gələn ”Sabah” haqda maraqlı fikirlər səsləndirib:
”Qarşıdakı rəqbləri nəzərə alsaq, həm ”Slaviya”, həm də ”Sabah”dan ötrü Bakı Olimpiya Stadionundakı qarşılaşma qələbə üçün ən real duel idi.
Şükür ki, burada sevinən tərəf biz olduq. ”Slaviya” indiyədək Bakıya 2 səfər edib, ikisində də qələbə ilə getmişdi.
2000-ci ildə ilk dəfə Çempionlar Liqasında mərhələ adlayan rəhmətlik Şahbaz Süleymanovun ”Şəmkir”ini ikinci təsnifat mərhələsində Bakıda 4:1 məğlub egtmişdilər.
2006-cı ildə isə ovaxtkı UEFA Kuboku, indiki adıyla Avropa Liqasında oynayan ”Karvan”ı Bakıda 2:0 məğlub etmişdilər.
Ötən müddətdə mlli komandamız yerində saysa da, klub futbolundakı irəliləyiş göz önündədir.
Bu reallığı ”Sabah” çexlərə də qəbul etdirdi. Valdas Dambrauskasa afərin, ”Slaviya”nı necə lazımdırsa, çözdü”.
