45 milyon avroluq hücumçu ilə maraqlanırlar - Almaniyadan

22:00 İngiltərə 101
45 milyon avroluq hücumçu ilə maraqlanırlar - Almaniyadan

“Tottenhem” “Frayburq”un hücumçusu Yuito Suzukini transfer etməkdə maraqlıdır.

Sportinfo.az xəbər verir ki, bu barədə “CaughtOffside” məlumat yayıb.

London təmsilçisinin baş məşqçisi Roberto De Zerbi heyəti gücləndirmək istəyir.

Yaponiyalı forvard mümkün transfer namizədlərindən biridir. Almaniya klubunun 24 yaşlı futbolçu üçün təxminən 45 milyon avro tələb edə biləcəyi bildirilir.

Suzuki bu mövsüm bütün turnirlərdə 9 oyunda meydana çıxıb və 4 qol vurub.

“Tottenhem” hazırda İngiltərə Premyer Liqasında 6 turdan sonra 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti