“Yuventus”un müdafiəçisi təklif gözləyir - “Çelsi”, “İnter” və “Barselona”dan

6 İyun 01:40 İtaliya 439
“Yuventus”un müdafiəçisi təklif gözləyir - “Çelsi”, “İnter” və “Barselona”dan

“Yuventus”un müdafiəçisi Andrea Kambiaso bu yay komandasını dəyişə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu digər klubların maraq dairəsindədir və yeni çağırışa müsbət yanaşır.

Daha əvvəl Kambiasonun xidmətində “Çelsi”, “İnter” və “Barselona” kimi aparıcı klubların maraqlı olduğu xəbər verilmişdi.

İtaliyalı müdafiəçi 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 47 oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.

Onun “Yuventus”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!