Norveçli hücumçu ilə danışıqlara başladılar - 20 milyon avro qiyməti var

4 İyun 18:20 İtaliya 819
Norveçli hücumçu ilə danışıqlara başladılar - 20 milyon avro qiyməti var

“Atletiko”nun hücumçusu Aleksander Sörlot karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, norveçli forvardın xidmətində “Yuventus” maraqlıdır.

Turin təmsilçisinin artıq futbolçunun nümayəndələri ilə ilkin danışıqlara başladığı bildirilir.

Hazırda 30 yaşlı hücumçunun transfer dəyəri 20 milyon avro olaraq qiymətləndirilir. Onun “Atletiko” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Sörlot ötən mövsüm bütün turnirlərdə 54 oyunda meydana çıxıb, 20 qol vurub və 1 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 19:00 Sevək, yoxsa sevinək?