"Hiss etdim ki, mənə burada irəliləmək üçün fürsət verəcəklər"

01:40 İtaliya 96
"Hiss etdim ki, mənə burada irəliləmək üçün fürsət verəcəklər"

“Yuventus”un hücumçusu Kənan Yıldız komandadakı mövqeyindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, türk futbolçu bunu deyib:

“Adımı “Yuventus”un tarixinə yazmaq istəyirəm. Kluba qoşulmaq seçimi sadəcə peşəkar seçim deyil, bu, həm də etibar məsələsidir.

Hiss etdim ki, mənə burada irəliləmək üçün fürsət verəcəklər. Klub mənim potensialıma inanırdı və tədricən inkişaf planı təqdim etdi.

Gənc oyunçu üçün etibardan daha vacib heç nə yoxdur. “Yuventus”da ilk gündən hiss etdim ki, mənə inanırlar”.

21 yaşlı futbolçu hazırda “qoca sinyora”nın aparıcı oyunçularından birinə çevrilib.

Tez-tez türkiyəli futbolçunun Avropanın ən yaxşı klublarından birinə keçəcəyi ilə bağlı şayiələr çıxsa da, oyunçu dəfələrlə ayrılmağa tələsmədiyini açıq şəkildə bildirib.

Onun Turin klubu ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti