Avropanın məşhur klubu baş məşqçi postunda kimi görmək istəyir?

21:40 İtaliya 87
Avropanın məşhur klubu baş məşqçi  postunda kimi görmək istəyir?

“Milan” avstriyalı məşqçi Oliver Qlasnerlə bağlı mühüm addım atmağa hazırlaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında görüş bu gün baş tutacaq.

Qlasner hazırda “qırmızı-qaralar”ın baş məşqçi postu üçün əsas namizədlərdən biri hesab olunur.

“Milan” ötən mövsüm İtaliya A Seriyasında 38 oyunda 70 xal toplayaraq, turnir cədvəlini 5-ci pillədə tamamlayıb.

51 yaşlı Qlasner daha əvvəl “Kristal Pelas”a rəhbərlik edib və 2024-cü ildən bu komandanı çalışdırıb.

“Qartallar” onun rəhbərliyi altında İngiltərə kuboku və superkubokunu, həmçinin, Konfrans Liqasını qazanıblar.

Bu, klub tarixində ilk böyük uğurlar kimi qeydə alınıb. O, artlıq “Kristal Pelas”la yollarını ayırıb və hazırda işsizdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti