Keçmiş futbolçusunu “Yuventus”a gətirmək istəyir

15:40 İtaliya 99
Keçmiş futbolçusunu “Yuventus”a gətirmək istəyir

“Marsel”in müdafiəçisi Emerson karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə “Yuventus” ciddi şəkildə maraqlanır.

Turin təmsilçisinin baş məşqçisi Luçano Spalletti bu transferin əsas təşəbbüskarıdır. O, əvvəllər “Roma”da Emersonla birlikdə işləyib və indi onun “Yuventus”a qatılmasını istəyir.

Braziliyalı müdafiəçinin də Fransa Liqa 1-dən ayrılmağa və A Seriyasına qayıtmağa müsbət yanaşdığı bildirilir.

O, ötən mövsüm “Marsel” forması ilə 28 oyuna çıxıb, 3 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti