İndi də “gələcəyin Noyeri” ilə yaxından maraqlanır - “Yuventus”

2 İyun 12:00 İtaliya 643
İndi də “gələcəyin Noyeri” ilə yaxından maraqlanır - “Yuventus”

“Bayern”in qapıçısı Yonas Urbiq Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı qolkiperlə ən ciddi şəkildə maraqlanan klublardan biri “Yuventus”dur.

Turin təmsilçisi almaniyalı futbolçunu icarəyə götürmək variantını nəzərdən keçirir.

Bundan əlavə, İngiltərə Premyer Liqasının bir neçə klubu da onun durumunu yaxından izləyir.

İddiaya əsasən, “Bayern” Urbiqlə yollarını ayırmaq niyyətində deyil. Bununla belə, Münhen təmsilçisi 30 milyon avro və ya daha yüksək məbləğdə təklifləri dəyərləndirə bilər.

Gələcəyin Manuel Noyeri (“Bayern”in əsas qapıçısı) kimi qiymətləndirilən futbolçu ötən mövsüm Vensan Kompaninin komandasında 20 oyuna çıxıb.

O, bu matçlarda 21 qol buraxıb və 7 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu