“Buranı ömürlük tərk etməkdənsə, ölməyi üstün tutaram”

6 İyul 2023 01:30 İtaliya 745
“Buranı ömürlük tərk etməkdənsə, ölməyi üstün tutaram”

“Roma”nın sabiq hücumçusu Françesko Totti İtaliya klubundan ayrılması barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, məsələ ilə bağlı bir ay düşündüyünü deyib:

“Roma”nı tərk etmək mənim üçün çox çətin oldu. Bu barədə qərar vermək üçün bir ay düşündüm.

Həmin dövrdə klubun bir parçası deyildim. Əksinə, özümü komandanın talismanı hiss edirdim.

Başa düşürdüm ki, kluba sadəcə müdaxilələr edirəm. Fikrimi bildirməklə bağlı heç kim mənə icazə verməmişdi.

“Roma”nı ömürlük tərk etməkdənsə, ölməyi üstün tutaram. Klubdan öz istəyimlə ayrılacağımı düşünməmişdim. Çünki “Roma” mənim ailəm idi”.

İtaliyalı keçmiş futbolçu klub karyerasını yalnız “Roma”da keçirib (1992-2017). O, “canavarlar”ın heyətində 785 oyuna çıxıb, 307 qol vurub və 209 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti