Çempion komandanın yeni baş məşqçisi müəyyənləşdi

16 İyun 2023 01:40 İtaliya 1 914
Çempion komandanın yeni baş məşqçisi müəyyənləşdi

İtaliya çempionu “Napoli”nin yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, mövsüm bitən kimi Luçano Spalletti ilə yollarını ayırmaq məcburiyyətində qalan Neapol klubu Rudi Qarsiyaya tapşırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma Fransadan olan 59 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.

Qarsiya son olaraq Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasına rəhbərlik edib. O, daha öncə “Roma”, “Olimpik” (Lion), “Olimpik” (Marsel), “Lill”, “Le Man”, “Dijon” və “Sent Etyen”in də baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"